ABŞ klubu “Hyuston Rokets”in 22 yaşlı türkiyəli basketbolçusu Alperen Şengün klubla 185 milyon dollarlıq müqavilə imzalayıb.
Oxu.Az xəbər verir ki, bu, Türkiyə idmançılarının imzaladığı ən yüksəködənişli müqavilədir.
Beşillik sözləşməyə imza atan basketbolçunun son ilində bu klubda qalıb-qalmayacağına özü qərar verəcək.