Asiya Çempionlar Liqasının Qərb divizionunda üçüncü turun oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, İran təmsilçisi “İstiqlal” Səudiyyə Ərəbistanın “Ən-Nəsr” klubunu qəbul edib.
Qonaqlar yalnız 81-ci dəqiqədə ev sahiblərinin müqavimətini qıra biliblər. Emerik Laport dəqiq zərbə ilə “Ən-Nəsr”in qələbəsini təmin edib – 0:1.
Onun ulduz həmkarı Kriştianu Ronaldu matçda iştirak etsə də, məhsuldarlıqla yadda qalmayıb.
Qeyd edək ki, üç turdan sonra Qərb divizionuna 9 xalla Səudiyyə Ərəbistanın digər klubu “Əl-Hilal” başçılıq edir. “Ən-Nəsr” 7 xalla 4-cü, “İstiqlal” isə 3 xalla 7-ci yerdədir.