“Necə olmalıdır?” rubrikasının yeni buraxılışı yayımlanıb.
Bu dəfə paytaxtın Babək prospektində sürücülərin qarşılaşdığı problem haqqında məlumat verilib.
Belə ki, adıçəkilən prospektin əksər geri dönmə nöqtələrində yol nişanları arasında ziddiyyət mövcuddur. Qeyd olunan ərazidə “Yol ver” nişanı və yerdə 1.1 üfüqi nişanlanma xətti olduğuna görə sürücülər hərəkət zamanı çaşqınlıqla üzləşirlər.
Sual yaranır ki, əgər düz xətt hərəkəti digər zolaqlarda davam etdirməyə məhdudiyyət qoyursa, sözügedən yol nişanının nə əhəmiyyəti var?
Həmçinin, dönəndə kiməsə yol verilməlidirsə, halbuki sözügedən zolağa sağdan gələnlər daxil ola bilməz. Belə olan halda da qeyd olunan xəttin varlığını başa düşmək olmur.
Ətraflı Baku TV-nin süjetində:
Bakıda yol nişanları arasındakı ziddiyyət qarışıqlıq YARATDI