Əfsanəvi onlayn kitabxananın yaradıcısı intihar etdi

“Flibusta” onlayn kitabxanasının “Stiver” təxəllüsü ilə tanınan yaradıcısı vəfat edib.

Oxu.Az gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə kitabxananın saytında məlumat verilib.

Xidmətin yaradıcısı intihar məktubu yazaraq Almaniyada evtanaziya etmək niyyətində olduğunu bildirib.

Qeyd edək ki, avqustun sonunda Stiverə geniş yayılmış beyin şişi diaqnozu qoyulduğu açıqlanmışdı.

“Görünür, “Flibusta” bununla başa çatdı, elə mən də” , – o qeyd edib və onlayn kitabxananın fəaliyyətini dayandırdığını elan edib.

Stiver ləqəbi altında kimin gizləndiyi məlum deyil. Onun şəxsiyyəti 2016-cı ildə bəzi kitabların hüquq sahibləri tərəfindən müəyyən edilib. Lakin əleyhdarları Stiver haqqında məlumatları ictimaiyyətə açıqlamayıblar və yalnız onun Almaniyada yaşadığını bildiriblər.

Xatırladaq ki, “Flibusta” 2009-cu ildə istifadəyə verilib. Onun istifadəçiləri müxtəlif formatlarda kitab oxuya və yükləyə bilərlər. Portal həm də fəal oxucu auditoriyası ilə tanınır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More