Ermənistan ordusunda kadr çatışmazlığı: Təqaüddə olan hərbçilər xidmətə çağırılacaqlar

Ötən gün Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryanın rəhbərliyi ilə keçirilən iclasda Ermənistan ordusunda kəskin kadr çatışmazlığı müzakirə edilib.

Oxu.Az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyanın sədr müavini Armen Xaçatryan təqaüddə olan zabitləri xidmətə geri qaytarmaq barədə təklif verib.

Onun sözlərinə görə, məhz 18-20 yaşlı zabitlərin orduya rəhbərlik etməsi nəticəsində hərbi hissələrdə ölüm hadisələrinin sayı artıb.

Qeyd olunur ki, müzakirələrdə razılıq əldə olunub və müvafiq təkliflərlə hökumətə müraciət ediləcək.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More