Anasına baxan sürücünü döydü, elektron qolbaq taxıldı

Abşeron Rayon Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərərvurmada və xuliqanlıqda təqsirləndirilən Lətif Cəfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az xəbər verir ki, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Lətif Cəfərov 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

İttihama görə, hadisə 30 oktyabr 2022-ci il tarixdə, saat 20:38-də Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən mağazaların birinin qarşısında qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Lətif Cəfərov şirkətlərdən birinin sürücüsü olmuş zərərçəkmiş Adil Quliyevlə mübahisə edib. Mübahisəyə səbəb isə zərərçəkmişin təqsirləndirilən şəxsin anasına baxması olub. Bu zaman Lətif onunla dalaşaraq yumruqla zərərçəkmişin sifət nahiyəsinə bir zərbə vurub. Adil sifətini tutub aşağı əyildikdə Lətifin tanışı da təpiklə bir neçə dəfə zərərçəkmiş şəxsin sifətinə və başına vuraraq qapalı kəllə-beyin travması, beyin silkələnməsi, burun sümüyünün qapalı kompression yerdəyişən sınığı ilə müşayiət olunan xəsarətlər yetirib. Hadisədən sonra Lətif Cəfərov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More