Nazir müavini: “Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrinin sayı 60 faiz artıb”

“Bu ilin doqquz ayında Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrinin sayı 60 faiz artıb”.

Oxu.Az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov “Gələcək üçün dayanıqlı nəqliyyat” tədbirində bildirib.

O qeyd edib ki, bu artımın dəstəklənməsi məqsədilə elektrikdoldurma məntəqələrinin inkişafı diqqət mərkəzindədir:

“Hazırda ölkə üzrə quraşdırılmış 184 elektrikdoldurma məntəqəsi var. Azərbaycan son illər dayanıqlı nəqliyyat sektorunun yaradılmasında böyük addımlar atıb. Rəqəmsallaşdırma nəqliyyat keyfiyyətinin yüksəldilməsində böyük rol oynayır.

Paris Sazişinə qoşulan ölkə kimi, daha dayanıqlı gələcək üçün konkret addımların atılmasını vacib hesab edirik. Qarşıdan gələn ildə dəmir yolu üçün yeddi yeni qatarın gətiriləcəyi aparılan işlərin təzahürüdür. Azərbaycan hökuməti hərəkət təhlükəsizliyinin təmin olunması, ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə edilməsi və sair layihələri həyata keçiriləcək”.

Daha çox foto burada: Photostock.az

Məhərrəm Əliyev



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More