“23 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının növbədənkənar onlayn iclası keçirilib və “Xəzər TV” kanalının efirində 22 oktyabr 2024-cü il tarixdə, saat 22:00-23:10 arası yayımlanan serialda personajlardan birinin səsləndirdiyi qeyri-etik ifadənin efirə verilməsi məsələsi müzakirə olunub”.
Oxu.Az xəbər verir ki, bu barədə şura məlumat yayıb.
Bildirilib ki, müzakirə zamanı serialın yayımı zamanı (saat 22:32-də) personajın ifadə etdiyi qeyri-etik ifadənin efirə verilməsinin qarşısı yayımçı tərəfindən texniki üsullarla alındığı qeyd olunub və bununla da, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.6-cı maddəsinin tələbi (əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir) pozulub.
“Xəzər TV” efirində belə halın ilk dəfə baş verməsi nəzərə alınıb və Audiovizual Şuranın üzvləri bu dəfə yayımçıya belə halın təkrarlanacağı təqdirdə inzibati sanksiyanın tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq ediblər.