Ağadadaş Ağayevlə hospital arasında milyonluq MƏHKƏMƏ ÇƏKİŞMƏSİ

Xuliqanlıq cinayətinə görə istintaqı davam edən Xalq artisti Ağadadaş Ağayev “Medera Hospital”ı məhkəməyə verib. Müğənni iddia edir ki, hospitalda baş verən insidentlə şərəf və ləyaqətinə, həmçinin işgüzar nüfuzuna zərər dəyib. Bu səbəbdən ona mənəvi ziyan ödənilməlidir.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “Medera Hospital”da öz növbəsində Ağadadaş Ağayevə qarşı iddia qaldırıb.

Müğənni mənəvi ziyana görə bütün məhkəmə xərcləri daxil klinikadan 450 minə yaxın, hospital isə ondan yarım milyon manat pul tələb edir.

Hazırda işə Binəqədi Rayon Məhkəməsində baxılır. Bu günə təyin edilən proses Ağadadaş Ağayev iştirak etmədiyinə görə təxirə salınıb.

Qeyd edək ki, hadisə bu ilin iyulunda baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb. Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb. Balta isə klinikada çalışan qadın N.Paşayevaya dəyərək xəsarət yetirib.

Hadisəyə görə Ağadadaş Ağayev və mühafizəçi barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Amma onlar həbsdə deyil. İstintaq dövrü müddətində barələrində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

Xalq artisti Ağadadaş Ağayevlə “MedEra Hospital” arasındakı insidentlə bağlı mülki iddia üzrə ilk məhkəmə baxış iclası keçirilib.

Oxu.Az-ın məlumatına görə Binəqədi Rayon Məhkəməsində hakim Etibar Mustafayevin sədrliyi ilə keçirilən prosesdə “MedEra Hospital”ın qanuni nümayəndəsi Sənan Şirinov iştirak etsə də, qarşı tərəf Xalq artisti Ağadadaş Ağayev məhkəməyə gəlməyib. Buna görə Xalq artistinin müdafiəçisi tərəfindən elektron məhkəmə sisteminə prosesin təxirə salınması ilə bağlı yerləşdirdiyi vəsatəti iclasda elan olundu. Ağadadaş Ağayev üzrlü səbəbdən prosesdə iştirak edə bilmədiyini vurğulayaraq prosesin növbəti günlərə təyin olunmasını xahiş edib.

Məhkəmə vəsatəti qəbul edərək növbəti prosesi noyabrın 14-nə təyin edib.

Qeyd edək ki, bu ilin iyul ayında Xalq artisti Ağadadaş Ağayevlə “MedEra Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N.Paşayevaya dəyərək xəsarət yetirib.

Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb.

Xalq artisti Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq – silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham edilir. Bu maddə üzrə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Elgün Həsənli



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More