Ankaradakı hücumu həyata keçirən üç terrorçudan ikisi zərərsizləşdirildi

Ankaranın Kahramankazan rayonunda yerləşən Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) hücum həyata keçirən üç terrorçudan ikisi zərərsizləşdirilib.

Oxu.Az “Sabah”a istinadən xəbər verir ki, digər terrorçunun zərərsizləşdirilməsi istiqamətində polis xüsusi təyinatlıları əməliyyatı davam etdirir.

Türkiyə Baş Prokurorluğu terror aktı ilə bağlı araşdırmalara başlayıb.

Ankarada, TUSAŞ-ın (“Türk Aviasiya və Kosmik Sənayesi” ASC) obyektlərində ikinci partlayış olub.

Oxu.Az bildirir ki, bu barədə “İhlas” Xəbər Agentliyi məlumat yayıb.

Həmçinin, bir neçə şəxsin girov götürüldüyü barədə məlumatlar var.

Ankarada TUSAŞ-ın (“Türk Aviasiya və Kosmik Sənayesi” ASC) obyektlərində törədilən terrorda, ilkin məlumata görə, iki nəfər həlak olub.

Oxu.Az bildirir ki, bu barədə “CNN Türk” xəbər yayıb.

TUSAŞ-ın (“Türk Aviasiya və Kosmik Sənayesi” ASC) Ankaranın Kahramankazan rayonundakı obyektlərində partlayış və silah səsləri eşidilib.

Oxu.Az bu barədə “Haber Global”a istinadən xəbər verir.

TUSAŞ-ın giriş qapısında baş verən partlayışdan sonra silah səsləri eşidilib. Təhlükəsizlik səbəbindən personalın sığınacaqlara yönləndirildiyi bildirilib.

Qeyd edək ki, hadisə yerinə təhlükəsizlik qüvvələri, yanğınsöndürənlər və tibbi briqadalar göndərilib.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya isə “X” hesabında məlumat paylaşaraq, hadisəni terror adlandırıb, ölənlərin və yaralıların olduğunu bildirib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More