Çempionlar Liqasında Liqa mərhələsinin III turuna yekun vurulub.
Oxu.Az xəbər verir ki, turun ikinci günündə 9 matç baş tutub.
“RB Leypziq” doğma meydanında İngiltərənin “Liverpul” komandası ilə qarşılaşıb. Görüşdə “Liverpul” 1:0 hesabı ilə qalib gəlib.
28-ci dəqiqədə “Liverpul”un hücumçusu Darvin Nunyes fərqlənib.
“Atletiko” doğma meydanda “Lill”ə uduzub – 1:3.
Madrid klubunun hücumçusu Xulian Alvares 8-ci dəqiqədə hesabı açıb, fasilədən sonra qonaqlar Edon Jeqrov və dubla imza atan Jonatan Davidin qolları ilə cavab veriblər.
“Mançester Siti” ev oyununda “Sparta Praqa”nı darmadağın edib – 5:0. Hücumçu Erlin Holand dubl edib.
“İnter” isə “Yanq Boyz”dan üstün olub – 1:0.
Matçın 48-ci dəqiqəsində Marko Arnautoviç penaltini qola çevirə bilməyib. Əlavə olunmuş vaxtda Markus Türam qol vurub və bu, Milan klubuna qələbə qazandırıb.
Qeyd edək ki, IV turun matçları noyabrın 5-6-da baş tutacaq.
Çempionlar Liqası
Liqa mərhələsi
III tur
23 oktyabr
20:45. “Atalanta” – “Seltik” – 0:0
20:45. “Brest” – “Bayer” – 1:1
23:00. “Atletiko” – “Lill” – 1:3
23:00. “Barselona” – “Bavariya” – 4:1
23:00. “Benfika” – “Feyenord” – 1:3
23:00. “Mançester Siti” – “Sparta” – 5:0
23:00. “Leypsiq” – “Liverpul” – 0:1
23:00. “Zalsburq” – “Dinamo” Z – 0:2
23:00. “Yanq Boyz” – “İnter” – 0:1