Türkiyə Silahlı Qüvvələri tərəfindən İraq və Suriyanın şimalında terrorçulara məxsus ümumilikdə 32 hədəfə qarşı hava əməliyyatı keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“PKK/KCK və digər terror ünsürlərini zərərsizləşdirərək ölkəyə qarşı terror hücumlarını aradan qaldırmaq və sərhəd təhlükəsizliyini təmin etmək məqsədilə, BMT Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüququna uyğun olaraq hava əməliyyatları davam edir”, – nazirlikdən verilən yazılı açıqlamada qeyd olunub.
Əməliyyatlarda çoxlu sayda terrorçu zərərsizləşdirilib.