Rusiyada güclü zəlzələ olub

Sakit okeanda, Rusiyanın Şimali Kuril adalarının sahillərinə yaxın ərazidə 6,2 maqnitudalı zəlzələ baş verib.

Oxu.Az-ın “RİA Novosti”yə istinadla verdiyi məlumata görə, bu barədə “Yujno-Saxalinsk” seysmik stansiyasının rəhbəri Yelena Semyonova xəbər verib.

Məlumata görə, yeraltı təkanların episentr Paramuşir adasındakı Severo-Kurilsk şəhərindən 155 kilometr cənubda yerləşib. Zəlzələnin ocağı 63 kilometr dərinlikdə olub.

O da vurğulanır ki, xəsarət alan olmayıb, dağıntılar qeydə alınmayıb. Sunami təhlükəsi də elan edilməyib.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More