ABŞ-də Trampın mitinqdə sui-qəsd cəhdinə dair səs yazıları dərc edilib

Pensilvaniyada keçirilən mitinqdə ABŞ-nin keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdindən dərhal sonra təcili yardım xidmətinə zəng edən insanların danışıqlarının yazıları dərc edilib.

Oxu.Az bu barədə ren.tv-yə istinadən xəbər verir.

Qeyd olunub ki, atışmadan dərhal sonra yerli təcili yardım dispetçerləri tərəfindən qeydə alınmış audiofayllar Batler dairəsi tərəfindən “NBC News” və digər iki xəbər təşkilatı ilə hüquqi razılaşma çərçivəsində açıqlanıb. Sentyabrda media qurumları ictimai maraq kəsb edən bu materialların yerli hakimiyyət orqanları tərəfindən təqdim olunmaması səbəbindən məhkəməyə müraciət etmişdilər.

İlk zəng saat 18:12-də daxil olub.

“Trampın mitinqində atəş açılıb, atəş açılıb”, – deyə qadın bildirir.

Dispetçer onu polisin artıq hadisə yerinə yollandığını söyləyərək sakitləşdirir.

Növbəti 35 dəqiqə ərzində təcili yardım xidmətinə çoxsaylı şahid zəngi daxil olub. Bəzi yazılarda qışqırıqlar eşidilir.

“Biz Trampın mitinqindəyik və burada bir oğlan atəş açır, o, hər yerə atəş açır”, – başqa bir qadın bildirir.

İyulun 13-də Pensilvaniyada keçirilən mitinqdə prezidentliyə namizədin çıxışı zamanı atəş səsi eşidilib, bundan sonra Tramp sağ qulağını tutub. Mühafizəçilər və polis dərhal siyasətçini qoruyub və onu tribunadan aparıblar. Atəş açan şəxs 20 yaşlı Tomas Metyu Kruks olub və o, ABŞ xüsusi xidmət orqanları tərəfindən zərərsizləşdirilib. Daha sonra atəş açan şəxsin evində partlayıcı maddələrin hazırlanması üçün materiallar aşkar edilib. Trampa qarşı sui-qəsd cəhdi zamanı bir nəfər həlak olub, daha iki nəfər ciddi yaralanıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More