Şəkidə qanunsuz ov edən şəxslər saxlanılıblar

Şəkidə qanunsuz ov edən şəxslər saxlanılıblar.

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ov hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonun Cumakənd ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən 5 nəfər saxlanılıb.

Həmin şəxslərdən müvafiq sənədləri olmayan ov tüfəngi, həmin silaha aid patronlar, eləcə də qanunsuz olaraq ovlanmış heyvanlar aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More