Rafinya adını UEFA Çempionlar Liqasının tarixinə yazdırıb

İspaniyanın “Barselona” klubunun braziliyalı hücumçusu Rafinya Çempionlar Liqasında Almaniya təmsilçisi “Bavariya”ya qarşı matçda het-trik edən dördüncü futbolçu kimi tarixə düşüb.

Oxu.Az xəbər verir ki, 27 yaşlı hücumçu Çempionlar Liqasının Liqa mərhələsinin III turunda Barselonada keçirilən və meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatan oyunda Münhen komandasının qapısına vurulan qollardan üçünün müəllifi olub.

Rafinyadan əvvəl Çempionlar Liqasında “Bavariya”ya qarşı matçlarda Roy Makay, Serxio Aquero və Kriştianu Ronaldu het-trik etməyi bacarıblar.

Qeyd edək ki, “Barselona” cari mövsüm Çempionlar Liqasında keçirdiyi üç matçda 6 xal toplayıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More