Ötən gün Türkiyənin TUSAŞ korporasiyasının Ankaradakı müəssisəsində törədilmiş terror aktında öldürülən terrorçulardan birinin şəxsiyyəti müəyyənləşib.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya özünün “X” hesabında yazıb.
“TUSAŞ-da terror aktı zamanı öldürülən terrorçunun kimliyini müəyyən etdik. Xainin “Rojger” ləqəbli PKK üzvü Ali Örek olduğu üzə çıxıb.
Heç bir terror aktı bizi yolumuzdan döndərə, sevimli millətimizin əzmini sındıra bilməz!” – deyə o qeyd edib.
Nazir qeyd edib ki, digər terrorçu qadının şəxsiyyəti isə hələ müəyyənləşdirilir.
Dün TUSAŞ’ta meydana gelen hain terör saldırısında etkisiz hale getirilen erkek teröristin kimliği belli oldu.
Hainin, PKK terör örgütü üyesi Rojger kod adlı Ali Örek olduğu tespit edildi. Diğer kadın teröristin kimlik belirleme çalışmaları devam ediyor.
Şehitlerimize bir kez…
— Ali Yerlikaya (@AliYerlikaya) October 24, 2024