Qarabağ Universitetinin tələbələri beynəlxalq müsabiqənin finalına vəsiqə qazandılar

Qarabağ Universitetinin tələbələri Proqramlaşdırma üzrə Beynəlxalq Tələbə Müsabiqəsinin (ICPC) Azərbaycan regional mərhələsində uğurla çıxış edərək 1/4 final mərhələsinə vəsiqə qazanıblar.

Oxu.Az xəbər verir ki, bu barədə Qarabağ Universiteti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 27-də Bakı Mühəndislik Universitetində keçiriləcək 1/4 final mərhələsində Qarabağ Universitetini 3 komanda təmsil edəcək.

Qeyd edək ki, oktyabrın 13-də onlayn formada keçirilən müsabiqədə Azərbaycanın 23 ali təhsil müəssisəsindən 174 komanda iştirak edib. Komandalara 5 saat ərzində 14 alqoritmik məsələni “C”, “C++”, “Java” və ya “Python” proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib. Qiymətləndirmə avtomatlaşdırılmış qaydada aparılıb.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More