BMT-nin Təhlükəsizlik Şurası Türkiyənin Aviasiya və Kosmik Sənayesi Şirkətinin (TUSAŞ) istehsal müəssisəsində törədilən terror aktını kəskin şəkildə pisləyib.
Oxu.Az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Təşkilatın yaydığı bəyanatda vurğulanıb ki, hücuma görə məsuliyyət daşıyanlar, həmçinin hücumu maliyyələşdirən və dəstəkləyənlər məsuliyyətə cəlb edilməlidirlər.
Qeyd edək ki, oktyabrın 23-də Ankarada TUSAŞ-ın ərazisində törədilən terror aktı nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb.