“Ayaks”ın baş məşqçisi: “Nəticədən məmnun qaldım”

“Qarabağ” ilk dəqiqələrdən sürətli mübarizəyə üstünlük versə də, oyun bizim xeyrimizə bitdi”.

Oxu.Az xəbər verir ki, bu sözləri “Ayaks”ın baş məşqçisi Françesco Faroili deyib.

İtaliyalı mütəxəssis UEFA Avropa Liqasının Liqa mərhələsinin III turu çərçivəsində keçirilən “Qarabağ” – “Ayaks” (Niderland) matçının nəticəsinin şərh edib:

“Əvvəlcədən çətin oyun olacağını bildirmişdim. Ancaq futbolçularım yaxşı oyun nümayiş etdirdilər. Xüsusilə qeyd etmək lazımdır ki, “Qarabağ” birinci hissədə fantastik oynadı. Bu oyun tərifə layiq idi. Əlbəttə ki, qırmızı vərəqənin matçın gedişatına təsiri oldu. İlk qoldan sonra oyunda üstünlüyü ələ ala bilmişdik. Üçüncü qola kimi oyun gərgin keçdi. Hakim idarəçiliyi ilə bağlı danışa bilmərəm. Biz heç vaxt referilərin qərarlarını müzakirə etmirik”.

Qeyd edək ki, “Qarabağ” Bakıda “Ayaks”a 0:3 hesabı ilə məğlub olub.

Anar Həsənov



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More