“Boeing”in əməkdaşları işə çıxmaqdan imtina etdilər

ABŞ-nin “Boeing” təyyarəqayırma korporasiyasının zavodlarının əməkdaşları işəgötürənlə maaş artımı barədə müqavilənin bağlanmasına qarşı səs verib və tətili davam etdiriblər.

Oxu.Az-ın məlumatına görə, bu barədə “Associated Press” Agentliyi Beynəlxalq Maşınqayırma və Aerokosmik Sənaye İşçiləri Assosiasiyasına istinadən xəbər yayıb.

Assosiasiyanın məlumatına görə, həmkarlar ittifaqı üzvlərinin 64%-i “Boeing”lə maaş artımı barədə müqavilənin imzalanmasına qarşı səs verib və altı həftə əvvəl başlayan və aerokosmik nəhəngin ən çox satılan təyyarələrinin istehsalının dayandırılmasına səbəb olan tətili davam etdirəcəklər. Həmkarlar ittifaqının liderləri vurğulayıblar ki, işçilərə əlverişli olan şərtlərə nail olmaq üçün razılaşma üzrə danışıqları yenidən başlamaq niyyətindədirlər. “Boeing” nümayəndələri səsvermənin nəticələrini şərh etməkdən imtina ediblər.

Agentlik bildirib ki, tətil edən işçilər “Boeing 737 MAX”, “Boeing 777” və “Boeing 767” təyyarələrinin yığılması ilə məşğul olublar. Aksiya başladıqdan sonra aviasiya şirkətlərinə təyyarələrin tədarükü dayandırılıb ki, bu da korporasiyanın ciddi maliyyə itkilərinə səbəb olub. “Boeing”in saytında dərc edilmiş hesabata görə, cari ilin üçüncü rübü üzrə zərəri 6 milyard dollardan çox olub.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More