İran İsrailin zərbəsinə cavab vermək üçün bir neçə variant hazırlayıb

İranın İsrailin mümkün zərbəsinə reaksiyası onun ciddiliyindən asılı olacaq.

Oxu.Az bu barədə “The New York Times”a istinadən xəbər verir.

Dörd İran rəsmisinin sözlərinə görə, İranın Ali Lideri Əli Xamenei hərbçilərə İsrail hücumuna cavab vermək üçün çoxsaylı hərbi planlar hazırlamağı əmr edib.

Qeyd olunub ki, İranın cavabının miqyası əsasən İsrail hücumlarının ciddiliyindən asılı olacaq.

Belə ki, əgər İsrail öz hücumlarını raket və pilotsuz təyyarələrin saxlandığı bir neçə hərbi baza və anbarla məhdudlaşdırarsa, İran heç nə etməyə bilər.

Lakin İsrailin zərbəsi əhəmiyyətli ziyan vurarsa və çoxsaylı tələfata səbəb olarsa, İran cavab tədbirləri görəcək.

Tehran, həmçinin İsrail neft və enerji infrastrukturuna və ya nüvə obyektlərinə zərbə endirsə, yaxud yüksəkvəzifəli məmurları öldürsə, cavab verəcək.

Qəzetin mənbələrinə görə, cavab tədbirləri kimi 1000-ə qədər ballistik raketin buraxılması, regiondakı İran silahlı qruplaşmalarının hücumlarının gücləndirilməsi və Fars körfəzi və Hörmüz boğazı vasitəsilə qlobal enerji təchizatı və gəmiçiliyin pozulması nəzərdən keçirilir.

Çərşənbə günü İran prezidenti Məsud Pezeşkian Kazanda BRICS sammiti çərçivəsində İsraili İrana qarşı təcavüzə görə “qətiyyətli və təsəvvüredilməz cavabla” hədələyib. Bununla yanaşı, o, Yaxın Şərqdə sülhə can atdığını bildirib, lakin İranın əleyhinə istənilən İsrail hərəkətlərinin qətiyyətli və təsəvvüredilməz cavaba səbəb olacağını vurğulayıb.

Qeyd edək ki, oktyabrın 1-də İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə çoxlu sayda raket atıb. İsrail hərbçiləri bu atəşə lazım bildikləri vaxt cavab verəcəklərini bildiriblər.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More