Tuneldəki hadisənin ADY-nin infrastrukturu ilə əlaqəsi olmayıb – RƏSMİ

Bakıda “Komsomol dairəsi” kimi tanınan ərazidə yerləşən avtomobil keçidində nasos təsərrüfatının işlək vəziyyətdə olduğu təsdiqlənib.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur departamentinin baş mühəndisi Əfqan İsrafilov Modern.az-ın sorğusuna cavab olaraq bildirib.

O qeyd edib ki, ADY-nin İnfrastruktur departamentinin rəhbərliyi və mütəxəssisləri, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Sabunçu Rayon İcra Hakimiyyətinin rəhbərliyi və Sabunçu Rayon Prokurorluğu tərəfindən ərazidə birgə yoxlama aparılıb:

“Yoxlama nəticəsində bütün nasosların yağıntının gücləndiyi tarixdə və tuneli yağış suları basana qədər işlək vəziyyətdə olduğu və hazırda da işlədiyi qeydə alınıb. Tuneldə baş vermiş subasma hadisəsinin ADY-nin infrastrukturu ilə, həmçinin nasos təsərrüfatı ilə əlaqəsi olmayıb”.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More