Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Qubadlı Şəhəri Günü ilə bağlı paylaşım edib.
Oxu.Az xəbər verir ki, bu barədə komitə videoçarx hazırlayıb.
“Qubadlı şanlı zəfərimizin bir parçası kimi qürur mənbəyimizdir! 30 illik işğal nəticəsində yerlə-yeksan edilən Qubadlının yeni siması göz oxşayacaq. Şəhər qabaqcıl texnologiyalar və innovativ həllər nəzərə alınmaqla yenidən qurulacaq, daha yüksək həyat səviyyəsinə təminat verəcək”, – deyə komitədən bildirilib.