Neftçalada heyvanla rəhmsiz rəftar edən şəxslər SAXLANILDILAR

Neftçalada gənc oğlanın əlində olan pişik balasını kənara tullaması, insanların hiddətinə səbəb olub.

Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə videogörüntü paylaşılıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, heyvanla rəhmsiz rəftar edən şəxslər Neftçala rayonunda müəyyən olunaraq saxlanılıblar.

“Görüntülərdə əks olunan şəxslər – 2007-ci il təvəllüdlü A.C. və həmin görüntüləri sosial şəbəkə hesabında paylaşan qohumu 2008-ci il təvəllüdlü V.F. polis şöbəsinə dəvət olunublar. Onlar barəsində polis əməkdaşları tərəfindən qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür”, – deyə məlumatda bildirilir.

Əzizə İsmayılova



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More