ABŞ peyklərin işinə mane olmaq üçün silah əldə edəcək

ABŞ Kosmik Qüvvələri 2025-ci ildə Rusiya və Çin peyklərinin işinə mane olmaq üçün silah əldə edəcək.

Oxu.Az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

“Meadowlands” adlanan sistem “L3Harris” tərəfindən hazırlanıb. Yeni kompleks 2020-ci ildən istismarda olan “Counter Communications System” müdaxilə generatorunun yüngül versiyasıdır.

ABŞ kosmik sistemlərinin komandanlığı “Meadowlands”ın bütün sistem sınaqlarının sentyabr ayında tamamlandığını bildirib. 2025-ci ilin birinci rübündə ilk beş kompleksin nə vaxt işlək vəziyyətə gətirilə biləcəyi müəyyənləşdiriləcək.

Ümumilikdə ABŞ ordusu 32 “Meadowlands” kompleksi əldə etmək niyyətindədir.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More