Meksikanın Gerrero ştatında hərbçilərlə cinayətkarlar arasında baş verən toqquşmalarda 19 nəfər həlak olub.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin İctimai təhlükəsizlik və vətəndaşların müdafiəsi naziri Omar Qarsia Harfuş məlumat verib.
“Hücum zamanı 17 silahlı zərərsizləşdirilib, 11-i həbs edilib. İki bələdiyyə polisi öldürülüb, dördü yaralanıb”, – deyə nazir bildirib.
Qarsia Harfuş qeyd edib ki, hücum edənlər səhər saatlarında rəqib qruplaşmaya hücum etməyi planlaşdırmışdılar.