Oğuzda avtomobil üç yaşlı uşağı və babasını vurub

Oğuzda avtomobil baba və azyaşlı nəvəsini vurub.

APA-nın məlumatına görə, hadisə axşam saatlarında Oğuz şəhəri, H. Əliyev prospektində baş verib.

Rayonun Calut kənd sakini İsrail Xələfzadə idarə etdiyi VAZ-21015 markalı avtomobillə rayonun Muxas kənd sakini, 1959-cu il təvəllüdlü Etibar Yoməddin oğlu Fərhadov və onun azyaşlı nəvəsi, 2021-ci il təvəllüdlü Həsən Elsevər oğlu Fərhadovu vurub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan baba və nəvə Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Oğuz RMX-da E. Fərhadova ilkin yardım göstərildikdən sonra müayinə və müalicə olunmaq üçün Qəbələ RMX-a göndərilib.

Azyaşlının xəsarəti yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More