Çin şirkəti 2027-ci ildə kosmik səyahət üçün ilk biletləri satıb

Çinin “Deep Blue Aerospace” kosmik şirkəti 2027-ci ildə planlaşdırılan kosmik səyahət üçün ilk iki bileti satıb.

Oxu.Az bu barədə Honkonqun “South China Morning Post” (SCMP) nəşrinə istinadən xəbər verir.

“İlk sərnişinlər təxminən 12 dəqiqə davam edəcək səyahətə çıxacaqlar”, – nəşrdə qeyd olunur.

SCMP-nin məlumatına görə, bu qısa səyahət zamanı turistlər Yerə qayıtmazdan əvvəl açıq kosmosda təxminən beş dəqiqə çəkisizlik şəraitində qalacaqlar.

Biletlərin qiyməti təxminən 1.5 milyon yuan və ya hər biri 210 min dollar təşkil edib. Hərrac Çinin “Taobao” onlayn mağazasında canlı yayım zamanı keçirilib və biletlər dörd dəqiqə ərzində satılıb.

“Deep Blue Aerospace” daha sonra noyabr ayında bir neçə bilet satmağı planlaşdırdığını bildirib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More