“Uşaqların doğum ayı onların zəka inkişafına təsir edir”.
Oxu.Az-ın “Haber Global”a istinadla verdiyi məlumata görə, ABŞ-li alimlər bir milyon şagirdin məlumatlarını araşdırdıqdan sonra belə qənaətə gəliblər.
Onlar uşaqların doğum ayı ilə zəka səviyyəsi arasında potensial əlaqəni araşdırıblar. Məlum olub ki, sentyabrda doğulan uşaqlar akademik nailiyyətləri ilə seçilirlər – bu ayda doğulan şagirdlərin məktəb performanslarının digərlərinə nisbətən daha uğurlu olduqları aşkar edilib.
Tədqiqata görə, bu şagirdlər həm orta məktəb və lisey səviyyəsində, həm də universitet səviyyəsində ən yüksək qiymətlər alıblar.
Avqust ayında doğulan uşaqlar isə, bir qayda olaraq, akademik cəhətdən daha az uğurlu hesab ediliblər. Bunun müqabilində onlar idman sahəsində böyük uğur qazanıblar. Xüsusilə futbol və basketbol kimi idman növlərində ulduz oyunçuların əksəriyyətinin avqust ayında dünyaya gəldiyi müəyyən edilib.