Şirvanda bir neçə gün əvvəl doğuş etmiş qadın ölüb.
“Qafqazinfo” xəbər verir ki, ötən gecə Şirvan şəhər Yeni qəsəbə sakini, 1998-ci il təvəllüdlü Səma Əlişükür qızı Yusubova ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına çatdırılıb. Lakin az sonra qadın vəfat edib.
Bildirilib ki, S.Yusubova iki həftə əvvəl qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib. Onun bədənində tromboemboliya olması və bu səbəbdən səhhətinin qəfil pisləşdiyi bildirilib.
Faktla bağlı araşdırma aparılır.