Oktyabrın 26-dan 27-nə keçən gecə saat 2:30-dan 5:30-dək Bakıda bir sıra küçə və prospektlərdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, buna səbəb BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) tədbirinə hazırlıq məqsədilə nəqliyyatın idarəedilməsi üzrə monitorinqlərin keçirilməsidir.
“Heydər Əliyev Beynəlxalq Aeroportuna gedəcək vətəndaşlardan 8 Noyabr prospekti və Zığ Şosesi, həmçinin Novxanı, Zuğulba, Mərdəkan yolundan istifadə etmələri xahiş olunur,” – deyə məlumatda qeyd edilib.