KİV: İsrail İrana hücumlar barədə əvvəlcədən xəbərdar edib

İsrail cümə günü üçüncü ölkələr vasitəsilə İranı planlaşdırılan hücum barədə xəbərdar edib və cavab verməməyi tələb edib, əks halda daha güclü zərbə endirəcəyi ilə hədələyib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, İsrail bu yolla vəziyyətin daha da gərginləşməsinin qarşısını almağa və iki ölkə arasında cavab zərbələrinin mübadiləsini məhdudlaşdırmağa çalışıb.

“İsraillilər iranlılara əvvəlcədən hansı hədəflərə hücum edəcəklərini və hansılara etməyəcəklərini bildiriblər”, – deyə portala mənbədən vurğulanıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More