“Qarabağda aparılan tikinti işlərində ciddi nəticələr nisbətən qısa müddətdə əldə edilib”.
“Report”un verdiyi məlumata görə, bu barədə jurnalistlərə İngiltərədən olan səyyah Riçard Ellis deyib.
O, 50 ildən çox mədən sənayesində çalışdığını və Azərbaycanın tikinti sahəsində nail olduğu irəliləyişləri qiymətləndirməyi bacardığını qeyd edib.
“İngiltərədə tikintiyə icazənin alınması beş ildən çox vaxt aparacaqdı, lakin bu müddət ərzində burada əldə olunmuş ciddi nəticə artıq özünü göstərir”, – səyyah bildirib.
R.Ellis əlavə edib ki, bərpa işlərinin necə irəlilədiyini görmək üçün bir neçə ildən sonra məmnuniyyətlə Qarabağa qayıdardı.
“Buraya səyahət etmək çox xoşumuza gəlir və mən həyat yoldaşımla Qarabağa mütləq yenidən gələrdim”, – o əlavə edib.