İsrailin İrana qarşı hücumlarından sonra ölkələr arasında münaqişə yeni, daha təhlükəli mərhələyə qədəm qoya bilər.
Oxu.Az xəbər verir ki, bu barədə “The New York Times” ekspertlərlə söhbətlərə əsaslanaraq yazır.
Qeyd edilir ki, ən azı indi “total müharibə”dən söhbət getmir.
Qəzet yazır ki, hazırda nəzarətsiz münaqişənin başlaya biləcəyi perspektivi daha ciddiləşir.
“The New York Times” əlavə edir ki, İsrail “İran torpaqlarında qətllər və təxribatlarla bağlı uzun illər strateji susqunluqdan” sonra ilk dəfə İranda hərbi əməliyyatı açıq şəkildə etiraf edib.