“Mançester Siti” əzəli rəqibi “Mançester Yunayted”in xahişini yerə salıb.
Oxu.Az xəbər verir ki, “qırmızı şeytanlar”ın rəhbərliyi “şəhərlilər”dən “Qızıl top” mərasimi üçün Alexandro Qarnaço və Kobbi Mainanı təyyarə ilə Fransanın paytaxtı Parisə aparmağı xahiş edib.
“Mançester Siti” klubunun rəhbərliyi isə təyyarədə boş yer olmadığı üçün bu istəyi reallaşdıra bilməyəcəklərini deyib.
Qeyd edək ki, A.Qarnaço və K.Mainan “Gənc oyunçu” mükafatına namizədlər sırasında yer alıblar.
“Qızıl top” mərasimi oktyabrın 28-də baş tutacaq.