Misir millisinin və İngiltərənin “Liverpul” komandasının hücumçusu Məhəmməd Salahın adı ilin ən yaxşı afrikalı futbolçusu mükafatına namizədlər siyahısına daxil edilməyib.
Oxu.Az xəbər verir ki, Afrika Futbol Konfederasiyası 10 oyunçunun yer aldığı siyahıya 32 yaşlı forvardı qeyd etməyib. Bu qərar kəskin etiraza səbəb olub.
M.Salahla yanaşı, Nigeriya millisinin və “Qalatasaray”ın futbolçusu Viktor Osimhen də mükafata namizəd olmayacaq.