Yeddi yaşlı Ümidin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var

Yeddi yaşlı Ümidin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Ruhiyyə Ağanmədova məlumat verib.

O bildirib ki, övladı avqustun 15-də ehtiyatsızlıq səbəbindən ağır yanıq xəsarətləri alıb:

“Ümid yeddi yaşındadır. Avqustun 15-də həyətdə oynayarkən qaynar su vedrəsini üzərinə aşırıb. Nəticədə ayaqları və qolları ağır yanıq xəsarətləri alıb. Həmin gün bizi Bakıda yerləşən xəstəxanalardan birinə göndərdilər. Bir müddət orada müalicə aldıqdan sonra evə buraxıldıq.”

Ruhiyyə Ağanmədova övladının müalicəsi üçün maddi dəstəyə ehtiyaclarının olduğunu qeyd edib:

“Ümidin mazlarını və dərmanlarını almaq üçün hazırda 500 manata ehtiyacımız var. Yardımsevər insanlardan bizə dəstək olmalarını xahiş edirik. İnanın, bu günlər ərzində əlimizdə olan bütün imkanları onun müalicəsi üçün istifadə etmişik. Artıq buna gücümüz qalmayıb”.

Ailə ilə əlaqə: (055) 952-50-89.

UniBank: 5243 7544 4323 0709.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More