Səudiyyə Ərəbistanı millisinin yeni baş məşqçisi bəlli oldu

Fransalı mütəxəssis Erve Renar növbəti dəfə Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi olub.

Oxu.Az chmpionat.com-a istinadən xəbər verir ki, o, artıq 2019-2023-cü illərdə bu vəzifədə çalışıb. Milli komanda çalışdırıcının rəhbərliyi altında 2022-ci il dünya çempionatına yüksəlməyi bacarıb.

Renar Səudiyyə Ərəbistanından başqa, Qana, Zambiya, Anqola, Kot-d’İvuar və Mərakeş milli komandalarını da çalışdırıb. Zambiya ilə o, 2012-ci ildə, Kot-d’İvuarla isə 2015-ci ildə Afrika Millətlər Kubokunda qalib olub.

Qeyd edək ki, Renar Səudiyyə Ərəbistanında Roberto Mançinini əvəz edəcək.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More