Kirayə mexanizmi ilə ev almaq istəyən şəxs ödənişi edə bilmədiyi halda mənzili başqasına sata bilər.
Xezerxeber.az-ın məlumatına görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, kirayə haqqını ödəyə bilməyəcəyini görən istənilən şəxs bu hüququ başqasına ötürə bilər.
Ekspert qeyd edib ki, alıcılara qarşı tələblər sərt deyil, hətta kredit tarixçəsi korlanmış şəxslər də kirayə üsulu ilə ev sahibi ola bilərlər.
Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 5 mindən çox ailə mənzil sahibi olub.
Ətraflı süjetdə:
Kirayə yolu ilə mənzil satışı SADƏLƏŞİB