Bakı sakininin külli miqdarda pulu MƏNİMSƏNİLDİ

Bakı sakini Arzu Salmanova ailə dostu Aygün Yusifova tərəfindən dələduzluğa məruz qaldığını iddia edir.

Dediyinə görə, Sabunçu rayonunun Zabrat qəsəbəsi sakini A.Yusifova heç bir şərt olmadan Arzu Salmanovanın 30 illik müddətinə 100-200 min manat arası kredit ala biləcəyini, aylıq 500 manat ödəyəcəyini vəd edib. Amma külli miqdarda krediti əldə etmək üçün əvvəlcədən 5 min manat ödəməli olduğunu tələb edib. Beləliklə, bu cəlbedici təklifə inanan Arzu Salmanova may ayında Aygün Yusifovaya 5 min manat verib.

Banka yaxınlaşan zaman A.Salmanovaya isə bildirilib ki, rəsmi işi olmayan şəxsə bu məbləğin verilməsi mümkünsüzdür. Odur ki Arzu Salmanova həmin vaxtdan bəri nə kredit götürə, nə də Aygün Yusifovadan pulunu ala bilib.

Məsələ ilə bağlı “Xəzər Xəbər”ə danışan zərərçəkmiş Arzu Salmanova bildirib ki, may ayından bu yana adıçəkilən şəxs pulu qaytarmaq yerinə boş vədlər verir.

Salmanovlar ailəsi məsələ ilə bağlı aidiyyəti üzrə polis oqranına da şikayət ediblər.

Ətraflı süjetdə:

Bakı sakininin külli miqdarda pulu MƏNİMSƏNİLDİ


Bakı sakininin külli miqdarda pulu MƏNİMSƏNİLDİ




Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More