ABŞ-də daha bir “Ferrari” yandı

ABŞ-də “Ferrari Testarossa” idman avtomobili yanıb.

Oxu.Az xəbər verir ki, hadisə barədə “Reddit” forumunda yanmış avtomobili aşkar edən şəxs məlumat verib və onun fotolarını dərc edib.

İstifadəçi izah edib ki, avtomobil onun qonşusuna – işlənmiş avtomobilləri alan və onları bərpa edən elektrik mühəndisinə məxsusdur.

Yanğın gecə saatlarında baş verib. Ehtimal ki, səbəb yanacaq sistemində və naqillərdə yaranan problemlər olub.

Xatırladaq ki, “Ferrari Testarossa” 1984-cü ildə Paris avtosalonunda təqdim edilib. 4,9 litrlik 12 silindrli mühərrikə malik ikiqapılı kupedən təxminən 10 min ədəd istehsal edilib və model “Ferrari” tarixində ən populyar avtomobillərdən birinə çevirib.

Xatırladaq ki, bu yaxınlarda Tennessi ştatında “Ferrari F430” yanıb. Beləliklə, son bir ayda ABŞ-də iki “Ferrari” alışaraq kül olub.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More