Məşhur aktyorun öldüyü malikanə milyonlarla dollara satıldı

Metyu Perrinin ölümündən təxminən bir il sonra onun Los-Ancelesdəki malikanəsi 8,55 milyon dollara satılıb. Alıcı prodüser Anita Verma-Lallian olub.

Oxu.Az bu barədə “Voicemag” nəşrinə istinadən xəbər verir.

Ev 1965-ci ildə tikilib. Metyu ötən il oktyabrın 28-də orada dünyasını dəyişib. İndi malikanənin yeni sahibi var.

Mülkü alan Arizonadan olan kinoprodüser Anita Verma-Lallian onu istirahət evi kimi istifadə etməyi planlaşdırır.

Mərhum aktyor evi 4 il əvvəl 6 milyon dollara alıb. Malikanədən Sakit Okeanın heyrətamiz mənzərələri açılır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More