Mask: “Bayden yalan danışır”

Amerikalı milyarder İlon Mask onun 1990-cı illərdə ABŞ-də qanunsuz işlədiyini iddia edən ölkə Prezidenti Co Baydenin yalan danışdığını bildirib.

“Mənim, əslində, iş icazəm var idi. Kukla Bayden yalan danışır”, – Mask “X”də (əvvəlki “Twitter”) yazıb.

Bayden Maskın keçmişi ilə bağlı xəbərlərin ortaya çıxmasından sonra biznesmenin ABŞ-yə tələbə vizası ilə gəldiyini, lakin əvəzində işlədiyini və bununla da “qanunları pozduğunu” deyib.

“O, yalnız indi qeyri-qanuni miqrantlar haqqında danışmağa başlayıb”, – Mask dövlət başçısına cavab verib.

Qeyd edək ki, İlon Mask ABŞ-yə 1996-cı ildə Cənubi Afrika Respublikasından gəlib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More