Bolqar öncəgörən Vanqa və fransız astroloq Nostradamusun müxtəlif dövrlərdə yaşamasına baxmayaraq, onlar 2025-ci ildə Avropada müharibə olacağını eyni dərəcədə proqnozlaşdırıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” nəşri yazıb.
Qəzetin yazdığına görə, Nostradamus Avropada genişmiqyaslı müharibə barədə xəbərdarlıq edib, bolqarıstanlı nənə isə münaqişə səbəbindən qitənin viran olacağını deyib.