Türkiyə Superliqası: “Qalatasaray” “Beşiktaş”la üz-üzə

Bu gün Türkiyə Superliqasında 10-cu tura iki görüşlə yekun vurulacaq.

Oxu.Az xəbər verir ki, son oyun günündə “Başakşəhər” “Eyüpspor”la saat 18:00-da, “Qalatasaray” isə “Beşiktaş”la saat 21:00-da qarşılaşacaq.

Son görüşündə “Beşiktaş”a 0:5 hesabı ilə məğlub olan “Qalatasaray” bu gün doğma meydanda qalib gələrək turnir cədvəlindəki lider mövqeyni qorumağa çalışacaq (25 xal). “Beşiktaş”da meydana qələbə əzmində çıxacaq.

“Qara qartallar” xal ehtiyatlarını 23-ə yüksəldərək liderlə aradakı fərqi iki xala endirmək niyyətindədirlər.

Qeyd edək ki, görüşün start fitini baş hakim Arda Kardeşlər səsləndirəcək.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More