Heydər Əliyev prospektində 6 avtomobil toqquşdu

Bu gün səhər saatlarında paytaxtın Heydər Əliyev prospektində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, prospektdə “Toyota Prado” və “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə avtomobillər yararsız vəziyyətə düşüb. Həmçinin daha 4 avtomobilə də zərər dəyib.

Hadisə nəticəsində ciddi xəsarət alan olmayıb.

Əraziyə polis əməkdaşları cəlb ediliblər.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More