Sistan və Bəlucistan əyalətində 10 sərhədçinin öldürülməsindən sonra dünən İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Zahidan şəhərinin yaxınlığında əməliyyat keçirib.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.
Məlumata görə, əyalətin Kurin bölgəsində SEPAH qüvvələri iki motosikleti dronla hədəfə alıb.
PUA zərbəsi nəticəsində ən azı dörd nəfərin öldüyü bildirilib. Hələlik ölənlərin kimliyi məlum deyil.