Qurban Qurbanov “Qarabağ” klubu ilə 500-cü matçına çıxıb

“Qarabağ” Qurban Qurbanovun baş məşqçi olduğu dövrdə 500-cü çempionat oyununu keçirib.

Oxu.Az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının XI turuna təsadüf edib.

Ağdam klubu yubiley görüşündə “Şamaxı”nı 3:0 hesabı ilə məğlub edib.

17-ci mövsümdür “Qarabağ”ı çalışdıran Qurbanovun debütü 2008-ci il avqustun 9-da “Bakılı” ilə səfər görüşünə təsadüf edib. Həmin qarşılaşmada onun komandası 2:1 hesabı ilə qalib gəlib. Ağdam klubu onun baş məşqçi olduğu müddətdə Premyer Liqada 315 qələbə qazanıb, 116 heç-heçə edib və 69 dəfə uduzub.

Qeyd edək ki, Qurbanov ölkə çempionatları tarixində həm eyni komandada, həm də ümumilikdə ən çox oyun keçirən baş məşqçidir.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More