Türkiyəli futbolçu Yunanıstanda çıxdığı ilk matçda mövsümü başa vurdu

Yunanıstanın “Olimpiakos” klubunun türkiyəli futbolçusu Yusuf Yazıcı ilk matçında uğursuzluqla üzləşib.

Oxu.Az xəbər verir ki, “Asteras”la matçın 70-ci dəqiqəsində oyuna daxil olan Yusuf Yazıcı zədə səbəbindən matçı başa vura bilməyib.

Türkiyəli futbolçunun dizində ön çarpaz bağlarının qopduğu öyrənilib. Millinin də üzvü olan futbolçu zədə səbəbindən mövsümü başa vurub.

Xatırladaq ki, UEFA Avropa Liqasının əsas mərhələsində “Qarabağ” “Olimpiakos”la 2025-ci il yanvarın 30-da səfərdə üz-üzə gələcək.

Qeyd edək ki, Yazıcı bu il sentyabrın 28-də Yunanıstan təmsilçisinə keçib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More